Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 mart hadisələri erməni daşnaklarinin bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir”.

05.04.2018

30.03.2018-ci il taridə Zərdab rayon heydər Əliyev Mərkəzində 1918-ci il 31 Mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar “31 MART HADİSƏLƏRİ ERMƏNİ DAŞNAKLARININ BOLŞEVİKLƏRLƏ BİRLİKDƏ AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİYİ ETNİK TƏMİZLƏMƏ SİYASƏTİDİR” mövzusunda anım tədbiri keçirilib.  Tədbirdə, əvvəlcə 1918-ci ilin mart-aprel aylarında və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  31 Mart soyqırımı barədə məlumat verib, ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyib. K.Rəhimova  qeyd edib ki, uzun illər gizlədilən bu qətliama ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 26 mart 1998-ci ildə hüquqi-siyasi qiymət verilərək 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib. 
Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə  soyqırımından əvvəlki və sonrakı tarixi proseslərə diqqət çəkərək bildirib ki, 1918-ci ilin mart soyqırımları qan yaddaşımızın ən ağrılı səhifələrindəndir. O, çıxışında “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istəyən ermənilərin Bakıda və regionlarda kütləvi qırğınlar törətdiklərini söyləyib.

Heydər Əliyev Mərkəzinin əməkdaşları Xanım İmanova və Alagöz Namazova  çıxış edərək  ermənilərin xalqımıza qarşı hər zaman təcavüzkar və riyakar siyasət yürütdüklərini, 31 mart soyqırımında on minlərlə insanın qətlə yetirildiyini söyləyiblər. Qeyd edilib ki, tariximizin öyrənilməsi, gənclərin maarifləndirilməsi və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün güclü gənclik formalaşdırılmalıdır.

Çıxış edən natiqlər 1918-ci ilin 31 mart tarixində, habelə tarixin sonrakı mərhələlərində xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərdən danışaraq bunun təkcə xalqımıza qarşı deyil, regionda yerləşən digər xalqlarında başına gətirildiyini vurğuladılar. O da, bildirildi ki, bütün günahsız soydaşlarımızın və şəhidlərimizin ruhu yalnız torpaqlarımız erməni işğalından azad edildikdə rahat olacaqdır. Odur ki, bütün Azərbaycan gəncliyinə yaddaşlarında bu tarixi hadisələri möhkəm saxlamağı və onun bir daha baş verməməsi üçün erməni millətçiliyi ilə mübarizəyə daim hazır olmaları tövsiyə olundu.

Tədbirdə rayon 2 saylı orta məktəbin müəllim və şagirdləri, eləcə də rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etdilər.