Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.

18.04.2024

Aprelin 18-də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib.

Regional idarənin rəhbərliyinin, Aparat işçilərinin də iştirak etdiyi aksiyalarda ümumilikdə 1500-dən artıq eldar şamı və sərv ağacları əkilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Belə aksiyaların il boyu davam etdirilməsi nəzərdə tutulub.