Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Mədəniyyət işçiləri arasında bilik yarışı keçirilib.

03.05.2024

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Regional idarənin xidməti əhatəsinə aid olan şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilir.
Bilik yarışı Ümumilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin və incəsənətinin dərindən öyrənilməsi, mədəniyyət sahəsində çalışan işçilərin bilik və bacarıqlarının daha da artırılmasına xidmət edir.
Yarış seçim mərhələsi (yerli) və final mərhələsi (regional) olmaqla 2 mərhələdə təşkil olunur.
Seçim (yerli) mərhələsi mayın 3-də keçirilib. Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında təşkil edilən bilik yarışında iştirakçılar Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və ümumi dünyagörüşünə aid sualları cavablandırıblar. Qalib komanda düzgün cavabların sayına uyğun olaraq Regional idarənin təşkil etdiyi komissiya tərəfindən müəyyən edilib.
Yerli mərhələdə qalib olan komandalar final mərhələsində iştirak etməyə haqq qazanıblar.
Qeyd edək ki, final mərhələsi 8 may 2024-cü il tarixində Ağdaş rayonunda keçiriləcək.